Qarabağ ətrafında cərəyan edən hadisələr bir daha göstərir ki, ermənilərin cəhdləri əbəsdir və tezliklə reinteqrasiya prosesi başlayacaq. Bunu ermənilər də yaxşı anlayır və sadəcə proseslərə mane olmağa çalışırlar. Bərdə-Ağdam marşrutu ilə humanitar yüklərin daşınmasına etiraz edənlər dünyaya car çəkməklə, Qarabağda etnik ermənilərin hüquqlarının pozulduğunu deyirlər.
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bir qədər də irəli gedərək ABŞ, Fransa və Rusiya prezidentlərinə məktub yazaraq kömək istəyib. Ömrü boyu dilənçiliklə məşğul olan bir toplum humanitar yardımın Azərbaycan ərazisindən keçməsini qəbul etmir, nəticədə dünyaya car çəkirlər. Guya Qarabağda iki azyaşlı acından ölüb və dünya isə buna göz yumur. Tarix boyu bu cür çirkin oyunlara əl atan ermənilər uşaqlarının, arvadlarının, ana və atalarının “ölümünü” siyasi alver predmetinə çeviriblər.
Eyni zamanda həmin qüvvələr müxtəlif platformalarda aparılan danışıqlara mane olmağa çalışır. Hakimiyyətin anti-erməni siyasətini pisləyən qüvvələrin məqsədi də məhz danışıqları pozmaqdır. Politoloq Arman Abovyan özünün Telegram kanalında Ermənistan və Qarabağın yaxın vaxtlarda məhv edilməsindən qorxduğunu yazıb: ”Ermənistan hakimiyyətinin son addımları belə əsaslandırılır; Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasaq, Azərbaycanın şərtləri ilə razılaşmasaq, müharibə olacaq və bizim yenidən məğlubiyyət ehtimalımız var.
“İndi hakimiyyətin bütün təbliğatçıları bu istiqamətdə işləyir”, – deyə Abovyan bildirib.
Öz siyasi məqsədləri üçün fikir ayrılığı yaratmağa səy göstərən qüvvələr hələ də itirdikləri mövqeləri geri qaytarmaq arzusu ilə yaşayırlar. Amma reallıq dəyişib və Ermənistanla hesablaşan yoxdur. Bunu ermənilər də anlayır.
Vəli Həsənov
KONKRET.az