“Ukraynada müharibə uzansa, ümumi səfərbərlik elan etməliyik”.
KONKRET.az xəbər verir ki, bu fikri “Vagner “in rəhbəri və təsisçisi Yevgeni Priqojin bildirib.
O bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat” uzanarsa, ümumi Rusiyada ümumi səfərbərlik lazımdır.
“Daha ağır müharibə olacaq. Artıq səfərbərlik elan etmək və insanları heç olmasa təlimə cəlb etmək lazımdır. Beləliklə, həyəcan siqnalı veriləndə döyüşə bilərsiniz, daha dua etməyəcəksiniz”, – Priqojin deyib.
Onun sözlərinə görə, əsgərlərin hazırlanması üçün xüsusi şərait tələb olunmur. Bunun üçün çadır düşərgələri, sığınacaqlar, qazmalar və yaxşı təlimatçılar lazımdır.
Xatırladaq ki, mayın ortalarında Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin Rusiya Silahlı Qüvvələrinin sıralarını artırmağın vaxtının çatdığını bildirib. Bu isə ölkədə ikinci səfərbərlik dalğası vasitəsilə həyata keçirilməlidir. Hazırda Ukraynada döyüş zonasında olan Roqozin şəxsi heyətlə bağlı problemlər yaşadığını izah edib.
Xuraman Etibarlı,
KONKRET.az