“Müharibə uzunmüddətli olsa, İsrailin məğlub olmaq ehtimalı var” – İLGİNC AÇIQLAMAbackend

"Müharibə uzunmüddətli olsa, İsrailin məğlub olmaq ehtimalı var" – İLGİNC AÇIQLAMA

Bir neçə gündür bütün dünyanın diqqəti Yaxın Şərqə yönəlib. HƏMAS-ın İsrailə qəfil hücumundan sonra region yenidən qan çanağına dönüb və yüzlərlə insan həlak olub. Bir çox siyasi ekspertlər hesab edirlər ki, HƏMAS İsrailə hücum etməklə Fələstin məsələsini birdəfəlik həll etmək niyyətindədir. Amma əksini düşünənlər də var.

Elman Vəliyev, siyasi şərhçi

Yaxın Şərqdəki hadisələri KONKRET.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirib ki, İsrailin HƏMAS-ın hücumundan əvvəlcədən xəbəri olub: “İsrailin ərazisinin kiçik olmasına baxmayaraq, bu ölkə böyük üstünlüklərə malikdir. Elə İsrailin MOSSAD təşkilatı dünyada ən böyük təhlükəsizlik orqanıdır.

Amma HƏMAS-ın birdən-birə İsrailə hücumu elə-belə deyil. Ola bilməz ki, MOSSAD kimi bir təhlükəsizlik orqanına malik olan dövlət belə bir plandan xəbərdar olmasın. Onların əvvəlcədən xəbərləri olub, sadəcə özlərindən hücum edilən tərəf imici yaratmağa çalışıblar.

HƏMAS-ın hücum etməsini, İsrailin təzyiqlər altında qalmasını dünyaya bəyan etmək niyyətləri olub. Bununla da özlərinin legitim hüquqlarını qorumağa haqlı olduqlarını nümayiş etdirdilər. Bu da İsrail tərəfinin düzgün strateji hərbi planıdır.

İsrailin baş naziri bildirirdi ki, artıq Orta Şərqin xəritəsini yenidən cızmağın vaxtı çoxdan çatıb. Onların belə bir planı çoxdan var. Bunun nəticəsində Yaxın Şərqdə proksi müharibə başladı. İran HƏMAS-ın və Hizbullahın vasitəsilə İsraili blokada vəziyyətində saxlamağa çalışır. Ona görə də bu, 2-3 günlük müharibə deyil. Güman edirəm ki, xeyli müddət davam edəcək. Nəticəsinə gəldikdə isə əgər HƏMAS təkbaşına mübarizə aparsa, ona dəstək göstərilməsə, İsrailin təzyiqinə dayana bilməyəcək. HƏMAS-a dəstək göstərilərsə, İsrailin də məğlub olmaq ehtimalı var”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*