1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına dəymiş ziyan açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Bakıda separatçıların keçirilən məhkəməsində Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan müddət ərzində ordumuza aid 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.//Qafqazinfo