Müharibənin ilk günü azad edilən ərazilər – SİYAHIbackend

Müharibənin ilk günü azad edilən ərazilər - SİYAHI

Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı yaşayış məntəqəsi azad edilib.

Azərbaycan Ordusu üç istiqamətdə – Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazanıb.

Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib.

Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub.

Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*