Müharibəyə hazırlıq başladı: “Ermənistanın bu addımı Azərbaycan üçün çox ciddi təhdid və təhlükədir”backend

Müharibəyə hazırlıq başladı: "Ermənistanın bu addımı Azərbaycan üçün çox ciddi təhdid və təhlükədir"

“Ermənistanın silahlanması Cənubi Qafqazda sülhə təhdiddir. Fransanın və Hindistanın sürətlə silahlandırdığı düşmən ölkə yeni müharibə riski yaradır”.

Bu fikirləri KONKRET.az-a açqılamasında hərbi ekspert səsləndirib.

Ekspert bildirib ki, Ermənistan ordusu əsasən ştat strukturuna uyğun, yəni 44 günlük müharibədə sıradan çıxarılan silahların yerini doldurmaqla məşğul idi:

“Ona görə də daha çox artileriya qurğuları alınırdı. Ermənilər hansısa hava hücumundan müdafiə sistemlərinə meyillənirdi. Çünki bu növ silahların hamısını Azərbaycan ordusu tamamilə sıradan çıxartmışdı. Sonrakı mərhələdə onlar fərqli silahlar almağa başladılar. Yeri gəlmişkən, hərbi mütəxəssislər proqnozlaşdırırdılar ki, Ermənistan ordusunun tamamilə toparlanması, ən azı 2020-ci il 26 sentyabr səviyyəsinə çatması üçün təxminən 7-10 il vaxt və milyardlarla dollar vəsait lazım olacaq. Amma  Ermənistan  təxminən 3-4 il ərzində müqavilələr bağladı və həmin müqavilələr əsasında onlara silahlar gəlməyə başladı. Ona görə də Ermənistan ordusu tamamilə fərqli yönə istiqamət alıb. İndi onların arsenalında güclü silahlar var. Fransadan “Bastion”lar alınıb. Bu zirehli transpartyorlar o qədər də effektli deyil. Çünki “Bastion”lar daha çox səhra şəraiti üçün nəzərdə tutulub. Fransa ordusu bu silahdan Afrikada istifadə edirdi. Amma Ermənistanın ərazisi dağlıqdır, Ermənistanda bu silahın istifadəsi o qədər də asan məsələ deyil. Lakin 5-ci nəsl “Sezar” haubitsaları ən yaxşılarından sayılır. Ermənistanın bu cür silahlar alması Azərbaycan üçün çox ciddi təhdid və təhlükə yaradır. Ona görə də, Azərbaycan Çexiyadan “Beta” haubitsaları aldı. Amma hər halda Ermənistanın əldə etdiyi daha effektli siahlardır. Bundan əlavə Ermənistan yer-hava tipli raketlər alıb. Hətta ballestik raketlərin sifarişini vermələri barədə informasiyalar da var. Ona görə də Ermənistanın silahlanması və onların hərbi xərclərini bu qədər artırması Azərbaycanı ciddi narahat edir. Azərbaycan da hərbi xərclərini rekord həddə çatdırıb. Bu, o deməkdir ki, təkcə elə bu hərbi xərclər və silahlanma yarışını nəzərə alsaq, böyük ehtimalla bütün bunlar müharibəyə hazırlıqdır. Ermənistanda məğlubiyyətlə barışmayan qüvvələr çoxdur. Onlar və xaricdəki erməni diaporu, eləcə də İrəvana həyan duran digər qüvvələr bu məsələdə Ermənistana dəstəyini davam etdirirlər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*