Münhen Konfransının rəhbəri göz yaşlarını saxlaya bilmədi – VİDEObackend

Münhen Konfransının rəhbəri göz yaşlarını saxlaya bilmədi - VİDEO

Münhen Təhlükəsizlik Konfransının rəhbəri canlı efirdə göz yaşlarına hakim ola bilməyib.

KONKRET.az xəbər verir ki, Kristof Heusgen tədbirin bağlanış mərasimində çıxış edərkənqəhərlənib və ağlayıb.

O, konfransın əvvəlcə transatlantik tədbir kimi nəzərdə tutulduğunu qeyd edib. Lakin ABŞ-ın vitse-prezidenti J.D.Vensin çıxışından sonra iştirakçı dövlətlər arasında dəyər bazasının ümumi olmadığından narahatlığını dilə gətirib.

Heusgen tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirib və emosiyalarını saxlaya bilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*