Murovdağda şəhid olan hərbçimiz dəfn olundu – FOTObackend

Murovdağda şəhid olan hərbçimiz dəfn olundu - FOTO

Azərbaycan ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn əsgəri torpağa tapşırılıb.

KONKRET.az xəbər verir ki, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər, Daşkəsən rayon sakini, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlə vida mərasimi Daşkəsənin Alunitdağ qəsəbəsində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan ordusunda MAXE kimi xidmət edən N.Haqverdiyevin adı itkin düşən hərbçilər sırasında idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*