Musa Orucovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Musa Orucovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

KONKRET.az DİN-in Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*