Musa Yaqubun qəbirüstü abidəsi ucaldıldıbackend

Musa Yaqubun qəbirüstü abidəsi ucaldıldı

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.

O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.

Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*