Musayevin bıçaqlanmasında ŞOK AD – HƏBS EDİLDİ (FOTO)backend

Musayevin bıçaqlanmasında ŞOK AD - HƏBS EDİLDİ (FOTO)

Dünya çempionatında bıçaqlanaraq ağır xəsarət alan Azərbaycan Muay-Thai Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevə edilən hücumla bağlı yeni detallar məlum olub.

KONKRET.az xəbər verir ki, Türkiyə mediası, xüsusilə Haberturk TV-nin məlumatına görə, 28 may tarixində Antalyada keçirilən dünya çempionatı zamanı baş verən hücumda iştirak edən beş nəfərdən biri Azərbaycan Kikboksinq yığmasının baş məşqçisi Elşən Abdülrəhimov olub. O da daxil olmaqla, hadisə ilə bağlı 5 nəfər saxlanılıb.

Qeyd edək ki, Araz Musayev çempionat zamanı iki nəfərin hücumuna məruz qalıb. Nəticədə o, boyun və qarın nahiyəsindən bıçaqlanıb. Hal-hazırda Musayevin vəziyyəti stabildir və müalicəsi davam edir.

Hadisə idman ictimaiyyətində böyük rezonansa səbəb olub və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*