Hindistanda bir neçə təriqət nümayəndələrinə vətəndaşlıq hüququ verən qanuna qarşı etiraz aksiyaları keçirilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, nümayişlərdə 23 nəfər həyatını itirib.
Kütləvi etiraz aksiyaları və iğtişaşlar ötən həftənin ortalarında Hindistan parlamenti “Vətəndaşlıq haqqında” qanuna yeni düzəlişləri təsdiq etdikdən sonra başlamışdı.
Qəbul edilmiş qanun Hindistan müsəlmanlarının narazılıqlarına səbəb olub. Aksiyaların təşkilatçılarının fikrinə görə, bu qanun yerli əhalinin maraqlarına zidd ola bilər.
Hökumət aksiyaların böyüməsinin qarşısını almaq üçün internetə girişi məhdudlaşdırsa da, Vətəndaşlıq Tənzimləmə Qanununa etiraz edən minlərlə insan aksiyaları davam etdirir.
Vətəndaşlıq Tənzimlənməsi haqqında Qanun Hindistan Parlamenti tərəfindən qəbul edilib və Prezident Ram Nat Kovinin imzası ilə dekabrın 13-də qüvvəyə minib.
Qanun müsəlmanlar istisna olmaqla, Buddist, Sıx, Jain, Parsi, Hindu və Xristian dinlərinə mənsub Əfqanıstan, Banqladeş və Pakistandan olan qeyri-qanuni mühacirlərin vətəndaşlıq almasına yol açır.
Hazırladı: Günel MUSEYİB