Musiqi və incəsənət məktəblərində rəhbər dəyişikliyi – 19 təyinatbackend

Musiqi və incəsənət məktəblərində rəhbər dəyişikliyi – 19 təyinat

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Bu barədə Konkret.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü belədir:

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş “İncəsənət Məktəblərinin Elektron Sistemi” (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*