Musleranın yeni klubu müəyyənləşdibackend

Musleranın yeni klubu müəyyənləşdi

“Qalatasaray”dan ayrılan uruqvaylı qapıçı Fernando Muslera yeni kluba transfer olunub.

KONKRET.az xəbər verir ki, təcrübəli qolkiper Argentinanın “Estudiantes” klubunda çıxış edəcək.

Komanda qapıçı ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 38 yaşlı qolkiper 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyurdu. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə superkubokun qalibi olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*