Mütəxəssislər müəyyən etdi – ac qalmaq və fiziki aktivlik  xəstəliklərin qarşısını alırbackend

Mütəxəssislər müəyyən etdi - ac qalmaq və fiziki aktivlik  xəstəliklərin qarşısını alır

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları siçanlar üzərində aparıqları tədqiqatdan sonra müəyyən ediblər ki, müntəzəm pəhriz  və yüngül idman sağlamlığı yaxşılaşdırır.

KONKRET.az xəbər verir ki, eyni zamanda ürək-damar xəstəlikləri və  diabet riskini də azaldır. Dörd aydan artıq davam edən araşdırma zamanı mütəxəssislər siçanları dörd qrupa ayırıblar. Birinci qrupda heyvanların gecə-gündüz qidaya çıxışı olub. İkinci qrupda gəmiricilər hər gün 45 dəqiqə qaçıb və istənilən vaxt yemək yeyib. Üçüncü qrupda siçanlar gündə bir dəfə qidalanıb. Dördüncü qrupda isə siçanlar müntəzəm olaraq ac saxlanılıb  və eyni zamanda fiziki aktivlik göstəriblər. Məşq heyvanların fiziki sağlamlıq göstəricilərinə müsbət təsir edib. Amma fiziki aktivlik dövrü ac saxlanılan siçanların sağlamlığı digərlərinə nisbətən daha qənaətbəxş olub. Alimlərin fikrincə, tədqiqatın nəticələri insanlara da şamil edilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*