Müxalif jurnalistin “Nobel” mükafatı alması Rusiya hakimiyyətini qəzəbləndirdibackend

Müxalif jurnalistin “Nobel” mükafatı alması Rusiya hakimiyyətini qəzəbləndirdi

Dövlət Dumasının sədri bununla bağlı meyarların dəqiqləşdirilməsini tələb edir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2021-ci ildə sülh üzrə Nobel mükafatlarının verilməsi ilə bağlı fikrini bildirib.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o özünün telegram kanalında yazıb.

Volodinin fikrincə, fundamental elmlər üzrə Nobel mükafatının verilməsində problem yoxdur. Lakin “sülh” üzrə hansı meyarların seçilməsinə dair heç bir aydınlıq gətirilimir.

Duma sədri sülh üzrə bəzi Nobel lauretlarının sonradan həmin mükafatın adına ləkə gətirən hərəkətlərinə diqqət çəkib. O buna örnək olaraq 2019-cu ildə Nobel mükafatı alan Efiopiya baş naziri Abiya Əhməd Əlinin, sonrada öz ölkəsində vətəndaş müharibəsinə gəirib çıxaran hərəkətlərə yol verməsini göstərib.

“Dəqiq meyarlar olmayan yerdə, həmişə suallar yaranacaq. Bu xüsusilə siyasi xarakter daşıyan qərarlara aiddir”,-deyə spiker yazıb.

Xatırladaq ki, bu il Nobel sülh mükafatı filippin jurnalisti Marya Ressa və Rusiyanın Putin rejiminə qatı müxalif orqanlarından biri sayılan “Novaya qazeta”qəzetinin baş redaktoru Dmitri Muratova təqdim olunub. Muratov bu sahədə akademik Andrey Saxarov və SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovdan sonra mükafat alan üçüncü rusiyalı sayılır. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*