Müxalifət Lukaşenkonun Türkiyəyə getdiyini yazır, o isə Minskdən açıqlamalar verir – VİDEObackend

Müxalifət Lukaşenkonun Türkiyəyə getdiyini yazır, o isə Minskdən açıqlamalar verir – VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko seçki nəticələri ilə razılaşmayanların ölkədəki kütləvi etirazlarını ilk dəfə şərh edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BelTA agentliyi yayıb.

Mənbə bildirir ki, Prezident seçkilərdən sonra hər hansı bir qarşıdurma üçün heç bir səbəb görmədiyini söyləyib.

“Mən hakimiyyət əleyhdarları ilə dialoqa hazıram, amma təxribatlara uyğun reaksiya veriləcək” deyib.

Lukaşenko 2020 seçki kampaniyasını da onun üçün ən çətin adlandırıb.

 

 

 

Belarus MSK-nın ilkin nəticələrinə görə, Lukaşenko 80% -dən çox səs toplayıb.

Seçkinin nəticələri ilə razılaşmayanlar ölkə daxilində kütləvi etiraz aksiyalarına başlayıblar. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı xüsusi texnikadan istifadə edib. Ən azı bir nəfər ölüb, çox sayda insan yaralanıb, 200-ə qədər adam nəzarətə alınıb.

Babək Göyüş                                                                

KONKRET.az                                                                                         

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*