Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın partiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini və parlamentin qarşıdan gələn yaz sessiyasında parlament çoxluğunu prezident seçkilərinin keçirilməsi qaydasını qaytarmaq üçün konstitusiya dəyişikliyi üzərində işə başlamağa çağırır.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, müxalifət partiyasının deputatı Beka Liluaşvili bildirib ki, Gürcüstan dövlətinin başçısı çoxluğun nümayəndələri deyil, vətəndaşlar tərəfindən seçilməlidir.
Müxalifətçi fikrini belə izah edir ki, hətta ümumi seçki hüququndan imtina edən bir çox Avropa ölkələri də sonda əvvəlki sistemə qayıdıb.
Qeyd edək ki, Gürcüstanda sonuncu birbaşa prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilib. 2024-cü ildə növbəti prezident 300 nümayəndədən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.
Natiq Səlim,
KONKRET.az