“Parlament müxalifəti Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibə ilə bağlı komissiyanın sabahkı iclasında iştirak etməyəcək. Çünki bu, bir şoudur”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının bəyanatında deyilir.
Müxalifət əmindir ki, çoxluq olan iqtidarın təhqiqat komissiyası öz fəaliyyətini mahiyyətcə nəzərdən keçirə bilməz.
“İstintaq komissiyaları ya müxalifət, ya da 2016-cı ilin aprel müharibəsinin şəraitinin öyrənilməsində olduğu kimi, bu məsələdə maraqların toqquşması olmayan qüvvə tərəfindən yaradıla bilər.
Müxalifət daha əvvəl parlamentdən kənarda yeni keyfiyyət və strukturda ictimai etimad qazanacaq bir araşdırma komissiyası yaratmaq üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmişdi. Lakin hakimiyyət bunu rədd etmişdi.
Paşinyanın daha əvvəl elan edilmiş parlamentdə birbaşa ifadə vermək təşəbbüsü 44 günlük müharibənin şəraitinin öyrənilməsinə heç bir töhfə verməyəcək, çünki ictimai ifadə halında məxfi dövlət, hərbi, diplomatik məlumatları açıqlamaq və ya müvafiq suallar vermək mümkün olmayacaq.
Paşinyanın ictimai ifadə vermək təşəbbüsü tələsik siyasi spekulyasiya məqsədilə yaradılmış istintaq komissiyasının müddətinin başa çatması ilə əlaqədardır və bu, siyasi məsuliyyətin hakimiyyətdən, siyasi çoxluqdan və Paşinyanın özündən götürülməsinə xidmət edəcək.
Ona görə də müxalifət deputatları bu şouda iştirak etməyəcək”, – deyə bəyanatda xüsusilə qeyd olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az