“Son illərdə və xüsusən də son aylarda dizel yanacağının qiymətləri anlaşılmaz şəkildə artmaqdadır. Bir ay əvvəl maye qazın qiyməti 160 dram idisə, indi 220 dramdır. PREMIUM markalı benzinin 1 litri artıq 570 drama satılır”.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan özünün Facebook səhifəsində yazıb.
O, xüsusilə qeyd edib:
“Uzun inflyasiyanın heç bir əsası və izahı yoxdur. Belə çıxır ki, nəzarət olmadıqda heç bir iqtisadi əsaslandırma olmadan inflyasiya baş verir, vətəndaşlarımıza ziyan vurur. Qeyd edim ki, heç bir Aİİ ölkəsində belə biabırçı qiymətlər yoxdur. Hər yerdə, Rusiyada, Qazaxıstanda, Belarusda dizel yanacağı üç dəfə ucuzdur. Bu məsələ ilk növbədə İqtisadi Rəqabətin Müdafiəsi Komissiyasının səlahiyyətlərinə aiddir. Bununla belə, bir neçə ay əvvəl dizel yanacağının qiymətinin artırılması məsələsindən danışan komissiyanın rəhbəri Ermənistanda benzinin qiymətinin onların fikrincə, hətta aşağı olduğunu deyib.
Çox güman ki, məhz bu açıqlama benzinin idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin nümayəndələrinin benzinin qiymətini daha da qaldırmasına səbəb olub.
Məndə olan məlumata görə, yaxın vaxtlarda qazın qiymətində də görünməmiş artım gözlənilir”.