Müxalifətçi Mariya Kolesnikova Ukrayna ilə sərhədi keçərkən tutuldu – Belarus mediasıbackend

Müxalifətçi Mariya Kolesnikova Ukrayna ilə sərhədi keçərkən tutuldu – Belarus mediası

Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova Ukrayna ilə sərhədi keçməyə çalışarkən tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Belarusiya – 1” Telegram kanalında məlumat yayılıb.

“Hakimiyyəti ələ keçirmək üçün yaradılan Koordinasiya Şurasının üzvləri Anton Rodnenkov və İvan Kravtsov o gecə xaricə qaçıblar. İndi onlar Ukrayna ərazisindədirlər” mesajda ​​deyilir.

Qeyd edək ki, dünən media Kolesnikovanın naməlum şəxslər tərəfindən zorla ələ keçirilərək avtomobillə qaçırıldığını yazmışdı.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*