Belarusda müxalifətin Koordinasiya Şurasının daha bir üzvü saxlanıldıbackend

Belarusda müxalifətin Koordinasiya Şurasının daha bir üzvü saxlanıldı

Belarus müxalifətinin Koordinasiya Şurasının daha bir üzvü tutulub.

KONKRET.az xəbər verir ki, bunu respublika başçısı postuna keçmiş namizəd Viktor Babarikonun keçmiş qərargahının mətbuat katibi Qleb German deyib.

“Koordinasiya Şurasının üzvü Konstantin Titovun tutulması xəbərini onun vəkili Natalya Kisel təsdiqləyib. Hələlik vəziyyət məlum deyil”. Herman jurnalistlərə belə deyib.

Bundan əvvəl prezident seçkilərinin nəticələri ilə razılaşmayan Belarus müxalifətinin nümayəndələri, hakimiyyətin keçidinə dair Koordinasiya Şurası yaradıldığını elan ediblər. İndiyə qədər müxalif Koordinasiya Şurasının Rəyasət Heyətinin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksieviç istisna olmaqla bütün üzvlər həbs edilib. Rəyasət heyətində əvvəlcə yeddi nəfər olub.

Belarus Baş Prokurorluğu Şuranın yaradılması ilə əlaqədar olaraq hakimiyyəti ələ keçirmək maddəsilə cinayət işi açıb. Şuranın Rəyasət Heyətinin iki üzvü – Mariya Kolesnikova və Maksim Znak bu işdə əsas şübhəli bilinirlər, onlar artıq həbs ediliblər.

Bu arada müxalifət şurası, respublikanın konstitusiyasına əsaslanaraq təyin etdiyi bütün məqsəd və metodların qanuni olduğunu iddia edir.

Kütləvi müxalifət etirazları 9 avqustda, hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun qazandığı prezident seçkilərindən sonra başlayıb.

MSK-ya görə, səslərin 80,1% -ni Lukaşenko qazanıb. İlk günlərdə etirazlar təhlükəsizlik qüvvələri tərəfindən yatırılıb, nəticələrlə razılaşmayan nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları, səsboğucu bomba, rezin güllələrdən istifadə ediblər. Sonra hüquq-mühafizə orqanları mitinqləri dağıtmağı, güc və xüsusi texnikadan istifadə etməyi dayandırıb.

İlk günlərdə 6700-dən çox adam nəzarətə alınıb. Respublikanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iğtişaşlar zamanı yüzlərlə insan, o cümlədən 130-dan çox hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb. Səlahiyyətli şəxslər üç etirazçının ölümünü rəsmən təsdiqləyiblər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*