Myanmada qasırğa nəticəsində 268 nəfər öldü, 88 insan itkin düşdübackend

Myanmada qasırğa nəticəsində 268 nəfər öldü, 88 insan itkin düşdü

Myanmada “Yagi” qasırğasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 268 nəfərə çatıb.

Bu barədə KONKRET.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, daha 88 nəfər itkin düşmüş hesab olunur.

Neypyido, Kayah, Kayin, Bago, Magui, Mandalay, Shan və Ayarvadi də daxil olmaqla bir sıra əyalətlərdə yollar, körpülər, evlər, müəssisələr və məktəblər ciddi ziyan çəkib. Yerli orqanların ölənlərin yaxınlarına maddi yardım verəcəyi və daşqından ziyan çəkən ərazilərdə maddi ziyanın həcmindən asılı olaraq əlavə yardım göstəriləcəyi bildirilir.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*