Müğənni Nadir Qafarzadə oğlu Əziz Qafarzadədən şikayətlənib.
KONKRET.az xəbər verir ki, o, oğlunun məsuliyyətsiz olmasından gileylənib.
Bu barədə ifaçı MTV Azərbaycana müsahibəsi zamanı danışıb:
“Biraz tənbəldir. Mənim yaşımda olsa idi neyləyərdi? Səbirli deyil, mənfilərini qəbul etmək istəmir. Məsuliyyəti yoxdur. Bu sənətdə məsuliyyətli olmaq lazımdır. Peşəkar musiqiçi olmaq istəyirsənsə, sözə qulaq asmalısan. Əgər hamı kimi zəiflərdən olacaqsansa, onda olma. Get özünə başqa iş tap!”.