“Nağdsız ödənişlər sistemində nə dəyişib? – Deputat mühüm detalları açıqladıbackend

"Nağdsız ödənişlər sistemində nə dəyişib? - Deputat mühüm detalları açıqladı

Ölkəmizdə nağdsız ödəniş sisteminin tətbiqinin hansı üstünlükləri var? Hazırda bu sahədə vəziyyət nə yerdədir?

Ümumiyyətlə, nağdsız ödənis sistemi nə deməkdir? Bunun insanların gündəlik həyatında nə kimi rolu var?

Təbii ki, bu sistemin ən önəmli tərəflərindən biri odur ki, insanlar üzərilərində pul əskinasları daşımaqdan azad olur. Hesablaşmalar nağd deyil, onlayn aparılır.
Sirr deyil ki, hazırda inkişaf etmiş ölkələrdə bu xidmətdən geniş və səmərəli şəkildə istifadə olunur. Və ölkəmizdə də nağdsız hesablaşmalara ilbəil daha çox üstünlük verilir.

Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov mobil bankçılığın tətbiqinin müsbət tərəflərindən bəhs edib:

“Bu sistemin ən üstün cəhəti odur ki, mobil bankçılığın tətbiqi zamanı insanlar daha az vaxt itirir, bank xidmətlərindən daha təhlükəsiz şəkildə istifadə edirlər. Sevindirici haldır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də son illərdə bu istiqamətdə uğurlu nəticələr əldə edib”.

Millət vəkilinin fikrincə, həmçinin, Mərkəzi Bank rəhbərliyi dəyişdikdən sonra bu yöndə bir sıra müsbət addımlar atılıb. “Birmənalı olaraq ölkəmizdə bank sektorunda ciddi islahatlara ehtiyac var. Mən millət vəkili olaraq Mərkəzi Bank rəhbərliyi ilə görüşlərimdə bankların fəaliyyəti ilə bağlı yeniliklər və qanuna dəyişikliklər barədə təkliflərlə çıxış etmişəm. Hazırda ölkəmizdə bank sektoruna dövlət səviyyəsində ciddi nəzarət var. Çünki bu məsələ öz həllini elə şəkildə tapmalıdır ki, ölkənin pul ehtiyatında da problemlər yaranmasın”.

Vahid Əhmədov onu da əlavə edib ki, indiki halda bank sektorunu bütünlüklə onlayn sistemə keçirmək məqsədəuyğun deyil.

“Bunun üçün xüsusi mütəxəssislərə ehtiyacımız var. Bundan başqa, Azərbaycanda internetin sürəti ilə bağlı problemlərimiz mövcuddur. Axı ölkəmiz təkcə Bakı, Gəncə və Sumqayıtdan ibarət deyil. Bütövlükdə bütün regionlarda internetin yüksək səviyyədə olması şərtdir. Daha sonra elektron imza sisteminin də təkmilləşdirilməsi önəmlidir”.

“Bununla belə hazırda nağdsız hesablaşmalarla bağlı ölkəmizdə aktivlik müşahidə olunur. Bir sözlə, Azərbaycanda müasir dövrün tələblərinə uyğun olaraq ən müasir bankçılığın təmin edilməsi əsas hədəflərdəndir. Ümidvaram ki, zamanla bir çox ölkələrdə olduğu kimi, bizdə də mobil bankçılıq inkişaf edəcəkdir”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, iqtisadi araşdırmalara görə, qonşu ölkələrlə müqayisədə elektron pul, mobil pul kisəsi, ani ödəniş kimi ödəniş məhsullarının tətbiqi sahəsində ölkəmizdə həllini gözləyən məsələlər mövcuddur. Təəssüflər olsun ki, hələ də respublikamızın mobil operatorları maliyyə-bank və rəqəmsal ödənişlər sektorunun iştirakçısına tam çevirə bilməyib.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*