Nağdsız ödənişlərlə bağlı İLGİNC NƏQAMLAR: Vətəndaşlara nələr təşviq edilir?backend

Nağdsız ödənişlərlə bağlı İLGİNC NƏQAMLAR: Vətəndaşlara nələr təşviq edilir?

Azərbaycanda hökumət və müvafiq qurumlar elektron ödənişləri stimullaşdırmaq üçün müxtəlif təşviq tədbirləri həyata keçirsə də, bu sahədə ciddi maneələr qalmaqda davam edir. Elektron ödənişləri stimullaşdırmaq istədiyimiz halda, niyə vətəndaşı nağda qayıtmağa vadar edəcək komissiyalar saxlanılır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, bankomatdan nağd pul çıxararkən tətbiq olunan komissiyalar tamamilə aradan qaldırıla bilməz:

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

“Nağdlaşdırma komissiyası əməkhaqqı və pensiya kartlarında mövcud deyil, bu zaman komissiyanı dövlət banklara ödəyir. Amma adi kartdan bankomatla pul çıxarılarsa, bu zaman komissiya tətbiq olunur və bu göstərici təxminən 0.5 faizdən 1 faizə qədər dəyişir. Çünki Mərkəzi Bank nağd pulu banklara təqdim edir və bu proses özü də komissiyalıdır. Banklar həmin vəsaiti ödənişsiz almırlar ki, vətəndaşa da pulsuz təqdim etsinlər.”

Ekspert əlavə edib ki, köçürmələrin də komissiyasız olması mümkün deyil:

“Pul köçürməsi bankın xidmətidir. Bu xidməti göstərmək üçün bankların müəyyən xərcləri var: sistem qurulur, işçilər nəzarət edir və bank kommersiya təşkilatı olaraq qazanc əldə etməlidir. Dünyanın istənilən yerində kartdan-karta köçürmələr ödənişlidir və banklar bu gəlirdən imtina etməyəcək.”

Ə.Həsənov qeyd edib ki, nağdsız ödənişlər həm də rahatlıq baxımından üstünlük təşkil edir:

“Nağdsız ödənişlərdə bəzən əlavə bonuslar, cashback imkanları olur. Ümumilikdə isə nağdsız ödəniş etmək nağd alışdan həm daha sərfəli, həm də daha rahatdır, çünki insan heç yerə getmədən ödənişini həyata keçirə bilir.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*