Zohrabyan: “Bayraktar”ın Ermənistanın hava məkanına girməsi göstərir ki, bizim gücümüz yoxdur”backend

Zohrabyan: “Bayraktar”ın Ermənistanın hava məkanına girməsi göstərir ki, bizim gücümüz yoxdur"

“Bəli, radarlar dünən təxminən saat 23:00-23:15 radələrində “Bayraktar TB2” pilotsuz təyyarələrinin Türkiyədən Ermənistan ərazisinə daxil olduğunu qeyd ediblər”.

KONKRET.az “Panorama.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası parlamentinin keçmiş deputatı Naira Zohrabyan Ayeli (Güzgü) mətbuat mərkəzində deyib.

O, qeyd edib ki, bu zaman İrəvanın böyük hissəsi işıqsız qalıb.

“Absurd odur ki, Türkiyə “Bayraktar”ı Ermənistan Respublikasının hava məkanına daxil olub, lakin heç bir rəsmi açıqlama verilməyib: nə təsdiq, nə də təkzib. Bu, bir daha onu göstərir ki, bizim gücümüz yoxdur”, – deyə o bildirib.

Naira Zohrabyan qeyd edib ki, belə bir vəziyyət ona görə yaranıb ki, Ermənistanda dövləti düşünən hakimiyyət yoxdur və Ermənistanla bağlı danışıqlar Ermənistan hakimiyyətinin iştirakı olmadan aparılır.

O, buna misal olaraq Bakıda Rusiya və Azərbaycan prezidentləri arasında aparılan danışıqları göstərib, danışıqların gündəliyinə Ermənistan-Azərbaycan münasibətləri də daxil edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*