Naira Zohrabyan: “Hazırda Paşinyanın istefası ilə bağlı danışıqların mənası yoxdur”backend

Naira Zohrabyan: "Hazırda Paşinyanın istefası ilə bağlı danışıqların mənası yoxdur"

“Baş nazir növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələrə başlamağa hazır olduğunu açıqlayıb. Hazırkı komandanın hakimiyyətdə qalmasına qarşı çıxanların hamısı təklif olunan məsləhətləşmələrdə ən qısa müddətdə iştirak etməlidir. Çünki indiki vəziyyətdə Paşinyanın istefası ilə bağlı danışıqların mənası yoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Çiçəklənən Ermənistan” fraksiyasından olan millət vəkili Naira Zohrabyan söyləyib. O, qeyd edib ki, bu gün parlament Baş nazirin istefasından başqa hər şeyi müzakirə edib. Halbuki bir gün əvvəl verdiyi müsahibədə ərazilərin təslim olmasından danışarkən Baş nazir “şifahi razılaşma”lardan bəhs edib. Görəsən, Paşinyan Əliyevlə Megri ilə bağlı daha hansı “şifahi razılaşmalar” əldə edib?”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*