Nairi Sarkisyan: “Ermənistan Azərbaycana veriləcək”backend

Nairi Sarkisyan: “Ermənistan Azərbaycana veriləcək”

“Hindistanlılar və pakistanlılar Ermənistanı “işğal edib”.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Nairi Sarkisyan danışıb. Onun sözlərinə görə, “Tikinti sektorunda ucuz işçi qüvvəsi kimi hindistanlılar və pakistanlılar işlə təmin olunurlar. Ermənistan vətəndaşları arasında işsizliyin həddi bu səbəbdən getdikcə artır”.

O daha sonra fikirlərini belə davam etdirib:

“Hörmətli vətəndaşlar, mənzil ala bilməməyinizin səbəbi ipoteka krediti faizinin 14% olmasıdır. Bu, biabırçılıqdır. Eyni zamanda, gəlir vergisinin qaytarılması imkanı aradan qalxır, yerli rüsumlar artıb. İrəvanda yaşamaq hətta BƏƏ, Avropa və Rusiyadan qat-qat bahadır.

Ermənistanda sənaye tənəzzülə uğrayıb. Bu o deməkdir ki, Ermənistanda istehsal potensialı yoxdur. İstisna deyil ki, bir neçə aydan sonra kommunal xidmətlərin, kirayə haqqının artımının şahidi olacağıq.

Planlaşdırılan büdcəni doldurmaq üçün indiki hakimiyyət ya vergiləri qaldırmalı olacaq, ya da inflyasiya baş verəcək.

Ermənistanda istehsal olunan meyvə araqları xaricdən gətirilənlərlə müqayisədə artıq rəqabətədavamlı deyil. Bundan sonra mikrosahibkarlar öz bizneslərini bağlamalı olacaqlar. Hökumət soydaşlarımıza mane olmasa, biz daha sürətlə inkişaf edə bilərik.

Hakimiyyət deyir ki, aksiz vergisini artırmaqla biz spirtli içkilərin istehlakına qarşı mübarizə aparırıq. A kişi, spirt istifadəsi ilə mübarizə aparma, narkotiklə mübarizə apar.

İstər şəhər, istərsə də dövlət orqanları problemi həll etmək üçün heç vaxt qərar vermir. Vətəndaşlardan pul yığmaq hər zaman istənilən təşəbbüsün əsasını təşkil edir. Şəhər mərkəzinin boşaldılması paytaxtın prioritetlərindən biri deyildi. Bələdiyyə sədrinin andiçmə mərasimini təmtəraqla təşkil etmək üçün vətəndaş parkinq üçün ildə 12 min dram əvəzinə, 160 min dram ödəyir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında İrəvan meri Tiqran Avinyanın andiçmə mərasiminə bələdiyyə büdcəsindən 87 milyon dram və ya təxminən 220 min dollar xərclənib.

Hökumət başçısının iqamətgahının xərcləri 60 milyon dram artıb. Kimin hesabına, əziz vətəndaşlar, təbii ki, vergiləriniz, az maaşınız hesabına. Xatırladaq ki, bu il dövlət büdcəsindən yüksək vəzifəli məmurların dövlət daçalarının saxlanması üçün 602 milyon 979 min dram ayrılıb.

Bütün bunlarla yanaşı, bütün xidmət göstərən müəssisələrin və ictimai iaşə obyektlərinin vergi yükü artır.

Yaxın aylarda Dövlət Gəlirləri Komitəsi (DGK) bank hesablarımıza daxil olub, hansı alış-veriş etdiyimizi görə biləcək. Bu, üsyankar vətəndaşların qarşısını almaq üçün ediləcək. İstənilən vaxt kimlərsə narazılıq səsi çıxarsa, komitə onun bank hesablarının çıxarışları ilə məşğul olacaq.

Son 5 ildə Ermənistanda ət məhsullarının istehsalı xeyli azalıb. Gəlirli deyil, istehlak yoxdur və bu dövlət siyasətinə görə kəndlinin heyvandarlıqla məşğul olması sərfəli deyil. Dövlət səviyyəsində ət məhsullarının idxalı qanuni şəkildə təşviq edilir və bu şərtlərlə Türkiyə ilə sərhədi açmaq istəyirlər.

Türkiyənin bütün ilkin şərtləri yerinə yetirməsi Ermənistan Respublikasının da Azərbaycana verilməsi deməkdir.

Eyni şey taksi xidmətlərinə də aiddir. Təbii ki, sektorun tənzimləmə problemi var, amma bu, əlbəttə ki, vergiləri artırmaqla olmayacaq. Bu, yalnız taksi qiymətlərinin artmasına səbəb olacaq.

Dövlət borcu isə 6 milyarddan 12 milyarda yüksəldi. Bu hakimiyyət ölkəni elə vəziyyətə gətirib ki, biz sıfırdayıq! Bir məsəl var: dibi qaçıb, yəni o qədər dağıdıblar ki, aşağıya doğru enirik. Ölkəni o qədər dağıdıblar ki, dağılanı düzəltmək hətta 50-60 il çəkəcək”.

Vəli Həsənov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*