“Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm” – Mübariz İbrahimovun anasıbackend

"Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm" - Mübariz İbrahimovun anası

“Bütün əsgərlər mənim balamdır və hər gün əsgərlərimiz üçün dua edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Report-a Mili Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova bildirib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra qazilər, müharibə iştirakçıları və şəhid ailələri Mübariz İbrahimovun ev muzeyini tez-tez ziyarət edirlər:

“Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm. Hələ Vətən müharibəsi başlayanda Allaha yalvarırdım ki, bütün əsgərlər evinə sağ-salamat qayıtsınlar”.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətlə qəhrəmanın ev muzeyi ziyarət edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*