Napoli, türk ulduzu transfer etdibackend

Napoli, türk ulduzu transfer etdi

Napoli, 18 yaşlı hücumçu Özder Özcanı satınalma opsiyası ilə icarəyə götürmək üçün Iğdır FK ilə razılığa gələrək transferini reallaşdırıb.

KONKRET.az Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer bazarında tez-tez Türkiyəyə yönələn İtaliyanın nəhəng klubu Napoli, bu dəfə çox gözlənilməz bir adı heyətinə qatıb.

Cəmi bir həftə əvvəl Niderland təmsilçisi Ado Den Haag-dan Iğdır FK-yə keçən, Niderlandda doğulmuş 18 yaşlı hücumçunun Türkiyə macərası bununla çox qısa sürdü.

Xəbərdə bildirilib ki, Napoli, Özder Özcan-ı satınalma opsiyası ilə icarəyə götürüb. Gənc futbolçunun İtaliya nəhənginin Primavera, yəni gənclər komandasında çıxış edəcəyi, gələcəkdə isə əsas komandaya yüksələcəyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*