Nar yığmağa gedən qadın qəflətən öldübackend

Nar yığmağa gedən qadın qəflətən öldü

Yevlaxdan işləmək üçün Bərdəyə gələn qadın ürək tutmasından ölüb.

KONKRET.az-ın məlumatına görə, Bərdə rayon Alpout kəndinə nar yığmaq üçün gələn Yevlax rayon sakini, 1960-cı il təvəllüdlü Tağıyeva Nüşabə Qaryağdı qızı ürək tutmasından dünyasını dəyişib.

Qadınnın iş yoldaşlarının verdiyi ilkin məlumata görə, qadın özünü pis hiss etdiyini deyib.

Daha sonra qadının vəziyyətinin pisləşdiyini görən iş yoldaşları onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*