Azərbaycanda İran agenturasına qarşı mübarizə motivli ən səs-küy doğuran əməliyyat Nardaran hadisələri olub.
KONKRET.az xəbər verir ki, hazırda Naxçıvanı Qafqazın Qüdsü adlandırmaqla Bakıya hədə gələn molla rejimi, o vaxt da Nardaranı neytral ziyarətgah şəhər etmək fikrinə düşmüşdülər. Onlar daim Azərbaycanın daxilində yalnız Tehrana tabe olan ərazi, təsisat arzusunda olublar.
Amma arzuları kanalizasiya xətti qədər təmiz içlərində qalıb. Əslində Azərbaycana missioner yollayır, agent şəbəkələrini Ocaq Necat Ağanın ofisi vasitəsilə yemləyirdilər. Həmin ofis özlərini mömin bilən quldur yığınının “sxodka” yeri olub. Lakin farsların barmaqları yenə ağızlarında qaldı. Çünki keçən il oktyabrın əvvəlində Xameneinin “podelnik”i olan Ocaq Necatın Bakıdakı ofisi bağlanıb.
Sosial mediada bu gün yayılan məlumata görə, tezliklə Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesinə başlanacaq.
Doğrudan da, hüquq mühafizə orqanlarının buna əsaslı səbəbləri var. Şəhid dəfnlərindəki son molla biabırçılıqları Bakının gözünü açıb. İranın Arazboyu təlimi, Qafanda təcili konsulluq açması isə daxili təhdidləri artırıb. Çünki xarici təzyiqə paralel molla rejimi Azərbaycanın içinə buraxdığı əmmaməlari də alışdıra bilər. Say etibarı ilə cüzi olacaqlar. Amma “milçək bir şey olmasa da, ürək bulandırır”. Ona görə də xırda işğtişaşın belə, yaşanmaması üçün qabaqlayıcı tədbirlər mütləqdir. Deyəsən, İran təsbehini öpənlər qabaqlayıcı tədbirlər barədə eşidiblər və qorxu içində gizlənirlər.
Özəl mənbələrdən daxil olan məlumata görə, ermənilərin doğması olan farsların Azərbaycandakı buyruqçuları, hətta ziyarət adı ilə ölkədən çıxmağa çalışırlar.
KONKRET.az-ın Analitik Qrupu