Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib – FOTObackend

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib - FOTO

Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*