Əgər ötən il Gürcüstanda avtomobillər yalnız səs-küyə görə yoxlanılırdısa, bu il yüksək səslə sürməyi sevənlər cərimələnəcəklər.
KONKRET.az xəbər verir ki, avtomobilin artan səs-küyünü aradan qaldırmayan sürücü dərhal cərimələnəcək. Məsələ burasındadır ki, maşının nasazlığından qaynaqlanan belə səslərə görə avtomobil sahibi məsuliyyət daşıyır.
Cərimələrin ilkin həddi 37 dollar, ikinci dəfə isə 74,5 dollar olacaq. Vətəndaş avtomobilindəki nasazlığı azaltmadığı təqdirdə cərimənin miqdarı təxminən 112 dollar olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az