Nasist Njde davamçıları ilə sülh müqaviləsi mümkünmü?backend

Nasist Njde davamçıları ilə sülh müqaviləsi mümkünmü?

Rusiya lideri Putin erməniləri yenə məyus etdi, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha onlara anlatdı. Qarabağla bağlı sərt gerçəyi növbəti dəfə dilə gətirərək, faktiki bədnam millətə illüziyalarla yaşamamağı tövsiyə etdi, ona “çox istəyən azdan da olar” ismarışını göndərdi.

Kreml rəhbəri onu da dedi ki, status məsələsi gələcəyin işidir. Ermənistanı, öz satellitini bir növ, başından elədi. Çünki “gələcək” mücərrəd anlayışdır. “Gələcək” gəlməyə də bilər. Bir şey dəqiqdir ki, Putin hakimiyyətdə olduğu dönəmdə status məsələsi ilə məşğul olmayacaq. Onun üçün məsələ bitib. Bizim üçün isə lap çoxdan – noyabrın 10-da qapanıb, müzəffər Ordumuz onu tarixin arxivinə göndərib.

Əlbəttə, Putinin mövqeyi mühümdür. Ona görə ki, bizə qonşu olan super-dövlətin rəhbəridir. Lakin Azərbaycanın sahibi Putin deyil. Bizdən ötrü Rusiya başçısının sözləri Quran ayəsi də deyil. Daha çox onun ağzının içinə baxan ermənilər üçün hökm qismindədir. Hökm isə məlum.

Bizim üçün həlledici olan Qarabağla bağlı xalqın, ölkə rəhbərliyinin və bir də qardaş Türkiyənin iradəsidir ki, onlar da ortada, dünyaya bəlli. Odur ki, ermənilərin “ona qədər ya xan ölər, ya da eşşək” axmaq fəlsəfəsi ilə Azərbaycana qarşı revanş hissi ilə alışıb-yanmasının qara qəpiklik önəmi qalmır.

Di gəl ki, noyabrın 10-dan sonra da erməni mediasının yazdıqlarını, Ermənistan rəsmiləri və ekspert çevrələrinin davam edən açıqlamalarını izləyəndə az qalırsan, şok keçirəsən. Sanki 44 günlük müharibəni uduzan, ordusu darmadağın olan bunlar yox, hansısa Cibuti dövləti imiş. Kapitulyasiya sənədinə imza atan Nikol Paşinyan da sanki Ermənistanın yox, Cibutinin baş naziri imiş. Yəni yenə ənənəvi ritorikada çürük iddia və sərsəm tələblər, pafoslu bəyanatlar və əsassız gözləntilər.

Məsələn, Aleksandr İsgəndəryan adlı ermənilərin çox ciddi saydıqları bir politoloq deyir ki, bəs 10 noyabr üçtərəfli bəyanat hələ əsas sənəd deyil və orada Dağlıq Qarabağın statusu barədə bənd olmadığı üçün məsələ açıq qalır, hətta “müharibədən qabaq Dağlıq Qarabağın status məsələsi hansı nöqtədə idisə, oradaca durur”.

İndi bu erməni məntiqinə necə quzu kəsməyəsən?!.

Yaxud sərhədlərin demarkasiya ilə bağlı neçə gündür qonşu toplumun qaldırdığı həşir, hay-küy və vay-şivən. Sanki ətlərini qoparırsan. Halbuki söhbət sırf sovet xəritəsi əsasında dəqiqləşmədən gedir. Həmin xəritə Ermənistan tərəfdən illər öncə zəbt edilmiş sərhəd kəndlərimizin və yüksəkliklərimizin geri verilməsini tələb edir. Amma ermənilər həyasızcasına bunu ərazi itkisi kimi qələmə verərək, yenə Paşinyanı suçlu çıxarır, oxşama qurur, Putinə yalvar-yaxar edirlər, utanmazcasına Moskvaya ard-arda rəsmi emissarlar göndərirlər.

Təəccüblənmirik. Əgər onlar hələ də keçmiş DQMV ətrafında işğaldan azad edilən rayonlarımızı belə, öz aləmlərində ərazi itkisi, hətta “Azərbaycanın işğalı altına düşən torpaqlar” sayırlarsa, onların “qaytarılmasını” tələb edirlərsə, hansısa sərhəd kəndi nədir ki? Sən demə, özlərinin uydurduqları “dqr” xəritəsinə əsasən, Zəngilan, Qubadlı və s. “arsax dövləti”nin əraziləri imiş.
Nə yazasan? Saxtakarlığın iliyinə işlədiyi bir millətlə anlaşıb sülh müqaviləsi bağlamaq mümkünmü, sizcə? Adama bir dəfə deyir, uzağı iki dəfə də göstərirsən, qurtarıb gedir. Ermənilərə Allah bilir, gərək neçə dəfə deyək, çomaqla “başa salaq” ki, ara, gerçək budur e, burcutmağın yeri qalmayıb! Erməni sırtıqlığına ad tapmaq həqiqətən də əzablı bir iş…

Hərbi xidmət keçdiyim sovet ordusunda tankçılarla bağlı belə bir deyim eşitmişdim: “Çirkli, çox çirkli və tankçı”. (“Qryaznıy, oçen qryaznıy i tankist”). Bu ifadə yəqin ki, tankçının üst-başının həmişə mazut işində olmasından yaranmışdı. İndi ermənilər də.

Həmin deyimi bir azca oranjeman eləsək, belə yazmaq olar: “Sırtıq, çox sırtıq və erməni”.

Oranjemandan söz düşmüşkən, rusiyalı qatı ermənipərəst politoloqlar da ermənilərin 44 günlük müharibədən sonra özlərini az qala, qalib ədası ilə aparmasına, sərt reallığı necə rahatca “oranjeman” eləməsinə heyrət etməyə başlayıblar.

“Hazırda Ermənistanda vəziyyət çətindir və bu, ölkə daxilində yanlış dəyərləndirmələrin nəticəsidir. İndiyədək erməni mediasından çoxsaylı məqalələr oxuyuram və təəccüblənirəm ki, vəziyyəti necə belə interpretasiya edirlər. Onlar nə baş verdiyini gerçəkdənmi anlamırlar?”

Bunu dünənədək ermənipərəst mövqeyi ilə seçilmiş rusiyalı tanınmış politoloq Stanislav Tarasov deyib. O da indi başını tutur.
Hələ çox erməni sevdalısı peşman olacaq. Zira, özünü ali irq, nasist Njdenin davamçısı sayan faşist təfəkkürlü bir millət özündən savayı kimsəni sevməz!..

Zahid Səfəroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*