Məşhur ABŞ-li aktrisa Natali Portman 11 illik evliliyindən sonra boşanır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı aktrisa fransız xoreoqraf Benjamin Millepied ilə münasibətlərinə son qoymaq qərarı alıb.
Cütlük 2009-cu ildə “Black Swan” filminin çəkiliş meydançasında tanış olub, üç il sonra isə evləniblər.
Onların bu evlilikdən iki övladı dünyaya gəlib.
Qeyd edək ki, Portman bu ilin iyununda 25 yaşlı ətraf mühit fəalı Kamil Etyen ilə görüntülənib.

