NATO gələn ay Şərqi Avropada təlimlər keçirəcəkbackend

NATO gələn ay Şərqi Avropada təlimlər keçirəcək

NATO fevralın 10-dan 21-dək Rumıniya, Bolqarıstan və Yunanıstanda “Steadfast Dart” hərbi təlimləri keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais”qəzeti məlumat verib. Məlumatda deyilir:”Məqsəd sülh dövründə NATO-nun cənub-şərqində Müttəfiqlərin Çevik Reaksiya Qüvvələrinin operativ yerləşdirilməsi və gücləndirilməsini sınaqdan keçirməkdir”. “El Pais” qeyd edir ki, NATO-nun şərq bayrağı altında olan ölkələrdə xüsusi təlimlər keçiriləcək. Madrid quruda, dənizdə və havada keçiriləcək manevrlərə üç minə qədər hərbçisini cəlb etmək niyyətindədir. Bundan əvvəl məlum olmuşdu ki, “Steadfast Dart”-da alyansın müttəfiqi olan doqquz ölkədən on minə yaxın hərbçi, o cümlədən hava, quru, dəniz və xüsusi təyinatlılar iştirak edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*