“Ukrayna uzun müddət müdafiədə oturmalı, vaxt tapmalı və növbəti hücum cəhdi üçün vəsait toplamalı olacaq. Çünki müharibə çox uzun olacaq”
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanının müavini Riçard Şirreff bildirib.
Generalın fikrincə, “Gedəcəyimiz çox yol var, mən Ukraynaya ən yüksək hərbi səviyyələrdə texnika, sursat, komanda və idarəetmə təlimlərində bacarıqlar yaratmağa davam etməyi məsləhət görərdim. Ukraynanın strateji qalibiyyəti üçün Qərb müttəfiqləri dəstəyi və səylərini artıracaq “, – Şirreff bildirib.
Natiq Səlim,
KONKRET.az