NATO Kosovodakı qüvvələrini artıracaq – Con Kirbibackend

NATO Kosovodakı qüvvələrini artıracaq - Con Kirbi

NATO Kosovoda vəziyyətin son zamanlar gərginləşməsi səbəbindən Serbiya ilə sərhəddə təhlükəsizliyi təmin etmək üçün KFOR qüvvələrinin mövcudluğunu artırmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

Kirbi deyib: “ABŞ NATO tərəfdaşları ilə birlikdə Kosovoda sabitliyi qorumaq üçün KFOR qüvvələrinin mövcudluğunu artıracaqlar”.

O, Serbiya və Kosovo hakimiyyətini zorakılıqların artmasından çəkinməyə çağırıb, eyni zamanda rəsmi Belqraddan qoşunları bölgə sərhədlərindən çıxarmağı tələb edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*