NATO-nun baş katibi Belarusun “getdikcə Rusiyada daha asılı vəziyyətdə olduğunu” bildirdibackend

NATO-nun baş katibi Belarusun "getdikcə Rusiyadan daha asılı vəziyyətdə olduğunu" bildirdi

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Belarus, hökumətin etirazçılara qarşı zorakı təqibləri fonunda Qərb tərəfindən təcrid edilməsinin ardınca Rusiyadan “daha asılı” olmağa başlayır.

KONKRET.az xəbər verir ki, Stoltenberq bunu iyunun altısında dərc olunan “Welt am Sonntag”-a verdiyi müsahibədə söyləyib. Müsahibə Birləşmiş Krallıqda keçiriləcək illik NATO sammitindən bir həftə öncəyə təsadüf edib.

Sammit zamanı əsas müzakirə mövzusu Rusiya və Belarus olacaq. NATO sammitinin ardınca iyunun 11-13 arasında Böyük Yeddilərin liderlərinin üç günlük görüşü keçiriləcək.

Qərb ölkələri Minskin Yunanıstandan Litvaya uçan təyyarəni bomba təhlükəsi adı altında Minskə endirərək, avtoritar Aleksandr Lukaşenkonu tənqid edən jurnalisti həbs etməsindən sonra Belarusa əlavə sanksiyalar tətbiq ediblər.

Stoltenberq qəzetə müsahibəsində deyib ki, NATO “Belarusda baş verənləri çox yaxından izləyir.” O həmçinin Minsklə Moskva arasında əlaqələrin dərinləşməsi ilə bağlı narahatlığını dilə gətirib.

Lukaşenki təyyarə insidentindən sonra Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və Qərblə yaşadığı qarşıdurmada Kreml liderinin dəstəyini qazanıb.

O deyib ki, Rusiya Belarusa 500 milyon dollarlıq kredit verməyə razılaşıb.

Stoltenberq deyib ki, ittifaq “hər bir müttəfiqini Minsk və Moskvadan gələn hər hansı təhlükədən qorumağa və müdafiə etməyə hazırdır.”

O həmçinin deyib ki, NATO-nun Belarusla əməkdaşlıq razılığının miqyası Lukaşenkonun avqustun 9-da keçirilən və onların iddia etdiyinə görə, avtoritar idarəçinin xeyrinə saxtalaşdırılan seçkidən sonra etirazçılara qarşı təqibləri artırmasından sonra əhəmiyyətli dərəcədə azaldılıb.

Bununla yanaşı Stoltenberq deyib ki, NATO Kremlə qarşı çəkindirmənin və ortaq narahtlıq doğuran silahlaral nəzarət kimi məsələlərdə dialoqun daxil olduğu iki-tərəfli yanaşmasını “davam etdirir.”

“Əgər biz bir-birimizlə danışmasaq, heç birimiz nə mübahisələrimizi həll edə nə də qarşılıqlı anlaşmanı yaxşılaşdıra bilərik” , o deyib./müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*