Azərbaycanda BİR İLK – NATO-nun dəstəyi ilə kibertəhlükəsizliklə bağlı KONFRANSbackend

Azərbaycanda BİR İLK - NATO-nun dəstəyi ilə kibertəhlükəsizliklə bağlı KONFRANS

Bu gün Bakıda NATO-nun dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq onlayn konfrans keçirilir.

KONKRET.az-a bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Tədbirdə “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaqdır.

Konfransda Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, eləcə də, Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç, Qazaxıstan və s. ölkələri, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəsisslər iştirak edirlər.

Konfrans iki gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*