NATO-nun Yunanıstan, İtaliya, Türkiyə, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və İngiltərənin iştirakı ilə keçirdiyi “Dynamic Manta 2023” Sualtı Müdafiə Əməliyyatları təlimləri İtaliyanın Siciliya sahillərində başlayıb.
KONKRET.az xəbər verir ki, İtaliyanın ev sahibliyi ilə 27 fevral-10 mart tarixləri arasında Orta Aralıq dənizində keçiriləcək təlimdə qardaş Türkiyə TCG Barbaros və TCG Preveze ilə iştirak edir.
NATO-nun verdiyi yazılı açıqlamada bildirilib ki, təlimin məqsədi bütün iştirakçılarda sualtı müdafiə və yerüstü döyüş bacarıqlarında qarşılıqlı fəaliyyət qabiliyyətini və səriştəsini artırmaqdır.
NATO Sualtı Qayıqlar Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Stiven Mak verdiyi açıqlamada bildirib ki, “Dynamic Manta” MARCOM-un (Müttəfiq Dəniz Komandanlığı) texniki cəhətdən ən tələbkar təlimlərindən biridir və İtaliya Hərbi Dəniz Qüvvələrindən alınan fövqəladə dəstək sayəsində mümkün olub. Musavat.com