NATO-nun keçmiş rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri təyin ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Xatırladaq ki, Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub. O, on il (2014-2024) NATO-ya rəhbərlik edib. Stoltenberqi ötən il bu vəzifədə Mark Rutte əvəzləyib.
Vəli Həsənoğlu,
KONKRET.az