NATO-nun Birləşmiş Hava Qüvvələrinin yaydığı məlumata görə, Polşada yerləşdirilmiş Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Typhoon qırıcı təyyarələri bir uçuş çərçivəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki kəşfiyyat təyyarəsini havada qarşılayaraq müşayiət edib.
KONKRET.az xəbər verir ki, hadisə NATO-nun bölgədə gücləndirilmiş hava məkanının patrul missiyası çərçivəsində baş verib. Alyans bu addımı hava məkanının təhlükəsizliyinin təminatı kimi qiymətləndirib.
Hadisə ilə bağlı NATO Hava Komandanlığının rəsmi “X” (keçmiş Twitter) hesabında da məlumat və görüntülər paylaşılıb.
Natiq Səlim,
KONKRET.az