“NATO Rusiya ilə birbaşa müharibəyə hazırlaşır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto Çexiyada jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, alyans Rusiya ilə birbaşa qarşıdurma ssenarisini nəzərdən keçirir: “Hərbi ekspres sondan əvvəlki stansiyanı tərk etdi və indi onun son dayanacağa necə çatacağı barədə düşünməyə ehtiyac yoxdur”.
O, əlavə edib ki, hadisələrin belə inkişafın qarşısını almaq tamamilə mümkündür və bunun üçün “hələ vaxt” var.
Qeyd edək ki, bu yaxınlarda oxşar fikri Macarıstanın baş naziri Viktor Orban da səsləndirmişdi.
Xatirə SADİQ,
KONKRET.az