NATO-Rusiya qarşıdurması güclənirbackend

NATO-Rusiya qarşıdurması güclənir

NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.

Bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb. Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib. Döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.

“Bu cür fəaliyyət Baltik Donanmasının dəniz pilotlarını gündə bir neçə dəfə uçmağa məcbur edir”, – deyən admiral əlavə edib ki, 2019-cu ildə NATO Rusiya sərhədləri yaxınlığında 300-ə yaxın hərbi təlim keçiriblər.

A.Nosatov onu da bildirib ki, NATO-nun istənilən hərbi fəaliyyəti Baltik Donanması tərəfindən izləniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*