NATO: “Şərtləri yalnız Ukrayna qoymalıdır”backend

NATO: "Şərtləri yalnız Ukrayna qoymalıdır"

“Ukraynada sülhün əldə olunması üçün məqbul şərtləri yalnız Kiyev müəyyən etməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Biz hamımız müharibənin bitməsini istəyirik, lakin sülh uzunmüddətli olması üçün ədalətli olmalıdır”, – deyə Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, sülh konfliktin dondurulması və ya Rusiyanın diktə edəcəyi razılaşmanın qəbul edilməsi demək deyil.

“Yalnız Ukrayna məqbul şərtləri müəyyən edə bilər” – , deyə NATO-nun baş katibi qeyd edib.

Stoltenberq hesab edir ki, Ukrayna nə qədər çox ərazini azad etsə, danışıqlar masasında bir o qədər yaxşı kartlar olacaq.

Ölkənin Şimali Atlantika Alyansına daxil olması perspektivlərindən danışan baş katib deyib ki, Ukraynanın gələcəyi NATO ilə bağlıdır, lakin hazırda prioritet Ukraynanın suveren və müstəqil dövlət kimi qurulmasıdır.

“Əks halda üzvlük məsələsini müzakirə etmək imkanı olmayacaq. Biz müharibənin sonunda Ukraynanın təhlükəsizliyi ilə bağlı etibarlı sazişlərin bağlanmasına nail olmalıyıq ki, Rusiya silahlanıb yenidən hücuma keçməsin”, – deyə Stoltenberq bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*