NATO müdafiə nazirləri sabah Ukrayna ilə bağlı telekonfrans keçirmək niyyətindədirlər.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, çərşənbə axşamı Aİ ölkələri Vaşinqtonda danışıqlardan sonra təcili onlayn sammit keçirib. Əsas mövzu hərbi əməliyyatlar dayandırıldıqdan sonra NATO qoşunlarının Ukraynaya yeridilməsi olub.