NATO Ukraynaya hərbi yardımı artırmaq niyyətindədir.
KONKRET.az axar.az-a istinadla xəbər verir ki,bunu NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone deyib.
“NATO ölkələri ümumi hərbi yardımın 99%-ni təmin ediblər. 2024-cü ildə bu yardımın dəyəri 50 milyard dollara çatıb. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, artıq 33 milyard dollarlıq yardım göstərilib, amma ilin sonunadək bu rəqəmin əvvəlki göstəriciyə çatacağı gözlənilir. Proqnozlar çox nikbindir”, – Draqone əlavə edib.